Bakı-Quba yolunda təhlükəli anlar – qəzadan son anda xilas oldu

Bakı-Quba yolunda təhlükəli anlar – qəzadan son anda xilas oldu

Bakı-Quba yolunda yanacaq daşıyan yük avtomobili sürücüsünün qorxulu hərəkətləri anbaan kameraya düşüb.

“İNFONEWS” Avtosfer.az-a istinadən xəbər verir ki, sözügedən yolda hərəkət edən “Toyota Prado” markalı avtomobilin sürücüsü sol zolağı zəbt edən 10-ZJ-689 qeydiyyat nişanlı yük avtomobilini sağdan keçməyə məcbur olub.

Bu zaman yük avtomobilinin sürücüsü qəfildən sağ zolağa manevr edərək “Toyota”nı yoldan kənara çıxarıb.

Yol çiyninə çıxan sürücü qəzadan son anda yayınaraq yoluna davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir