Havaların kəskin isti keçməsi öz təsirini göstərib
“İNFONEWS” xəbər verir.
Azərbaycanda son yeddi gün ərzində kəskin istilər öz nəticəsini göstərib.
Azərbaycanda 22-29 iyun tarixlərində 19 nəfəri gün vurub.
Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Məlumata görə, 12 nəfərə yerində yardım göstərilib ki, onlardan beşi uşaq olub.
Eləcə də iki uşaq və beş böyük şəxs xəstəxanaya yerləşdirilib.