Tokio-2020-də Azərbaycanı təmsil edəcək paracüdoçular
“İNFONEWS” xəbər verir.
Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış paracüdoçuların adları açıqlanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, reytinq xalı qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş altı kişi və beş qadın paracüdoçumuz Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak hüququnu qazanıblar.
Kişilər:
Vüqar Şirinli (-60 kq)
Namiq Abaslı (-66 kq)
Ramil Qasımov (-73 kq)
Hüseyn Rəhimli (-81 kq)
Kənan Abdullaxanlı (-100 kq)
İlham Zəkiyev (+100 kq)
Qadınlar:
Şəhanə Hacıyeva (-48 kq)
Bəsti Səfərova (-52 kq)
Sevda Vəliyeva (-57 kq)
Xanım Hüseynova (-63 kq)
Dürsədəf Kərimova (+70 kq)
Bununla Milli Paralimpiya Komandasının Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.
Xatırladaq ki, Rio-2016 Yay Paralimpiya Oyunlarında ölkəmiz altı kişi və bir qadın olmaqla ümumilikdə yeddi paracüdoçu ilə təmsil olunurdu.
Rio-2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 idmançısı lisenziya qazanmışdır.