Vaksinasiya miqrant qadını köləlikdən azad etdi
“İNFONEWS” xəbər verir.
İndoneziyalı qadın Rusiyada vaksinasiya sayəsində köləlikdən xilas olub
Bu barədə “BAZA” “Teleqram” kanalı məlumat yayıb.
Bildirilir ki, miqrant qadın tibb bacısından kömək istəyə bilib.
Məlumata görə, Ni Ketut 2019-cu ildə qanuni olaraq Rusiyaya gedib və Moskvada SPA salonunda işə düzəlib. Əvvəlcə, hər şey yaxşı olub, amma bir dəfə salon administratoru saxlamaq adı ilə Nidən sənədlərini alıb və qadının təkidli istəklərinə baxmayaraq, bir daha geri qaytarmayıb.
Bir müddət əvvəl isə salon işçilərinin vaksinasiyası üçün tibb müəssisəsinə aparılanda indoneziyalı qadın fürsəti boşa verməyib və tibb bacısından kömək istəyib.
Tibb bacısı vaksiyansiya üçün qeydiyyat zamanı sənədlərin, həqiqətən də, salonun rəhbərinin əlində olduğunu gördükdə köləlik problemləri ilə məşğul olan Alternativ Hərəkata məlumat verib. Onlar Ni Ketutun hekayəsi ilə maraqlanıblar.
Aktivistlər Ninin iynə vurulduqdan sonra Vyetnamdan olan miqrantlarla birlikdə bir mənzilə aparıldığını və zorla orada saxlandığını öyrəniblər.
Polis ünvana çağrılıb, qızlar sərbəst buraxılıb. SPA mərkəzin sahibi isə pasportları İndoneziya səfirliyinə verəcəyini bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.