Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub
“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub.
Bunu Tofiq Yaqublunun vəkili Aqil Layıc deyib.
O bildirib ki, Tofiq Yaqublu 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.
Qeyd edək ki, 2020-ci il sentyabrın 3-də Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 18-də isə məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.