Xalq artistinin ailəsinə növbəti ağır itki üz verib

Xalq artistinin ailəsinə növbəti ağır itki üz verib

“İNFONEWS” xəbər verir.

Xalq artisti Flora Kərimovaya ağıt itki üz verib.

Xalqın sevimli artistinin qardaşı  Akif Kərimov 74 yaşında dünyasını dəyişib. Faktı sənətkarın köməkçisi də təsdiqləyib.
Qeyd edək ki, ötən həftə xalq artisti nəvəsini itirdiyini deyib.
ARB telekanalında yayımlanan “Xəbər-ətər” proqramında qonaq olan sənətçi qızı Zümrüdün övladını itirdiyini açıqlayıb:
“Balamı, Floranı itirdim. Ondan sonra başa düşdüm ki, xoşbəxtlik sakitlik sevir. Bəzi insanlar var ki, ürək açıb demək onlara ağırdır. Kaş onu açıb deməzdim. İndi qızım əziyyət çəkir. Qızımın gözəl ailəsi var. Qayınanası onu mənim kimi sevgi əhatəsinə alıb. Amma qanadım sındı. Qızım mənimlə çox pozitiv danışır. Qayınanası isə deyir ki, gizli-gizli ağlayır. Balamın balası yoxdur, özü də əziyyət çəkir”
O, qızının yenidən ana olacağına ümid etdiyini deyib:
“Nə olursa-olsun nəvəmin olacağına inanıram. Balaca Floranın ətəyimdən tutub gəzməsini hiss edirəm. Heç bir ana balasından dərd çəkməsin”.
Qeyd edək ki, F.Kərimovanın qızı Zümrüd xaricdə ailə qurub və orada yaşayır”.

ALLAH RƏHMƏR ELƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir