“…Oğlanın valideynləri qızı indidən aparıblar ki, toyu sonra etsinlər”
“İNFONEWS” xəbər verir.
Bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan 15 yaşlı qızın Bakının Maştağa qəsəbəsində yaşayan şəxsə ərə verilməsiylə bağlı görüntülər yayılıb və fakt təsdiqini tapıb.
30 yaşlı kişi ilə evləndirilən qız ailəsinə təhvil verilib.
Hazırda aidiyyəti qurumlar tərəfindən qız atası evinə qaytarılıb, yaxın vaxtlarda bu halın təkrarlanmaması üçün ailə nəzarətə götürülüb.
Qızın anası Xuraman Həbilayeva deyir ki, bu əslində toy yox, sadəcə nişan olub:
“Oğlan evi ilə aralarında anlaşıblar. Oğlanın valideynləri qızı indidən aparıblar ki, toyu sonra etsinlər”.
Qız orta məktəbin 9-cu sinifini bitirib. Müəllimlər deyir ki, valideynlərin razılığı əsasında uşaq orta təhsilini davam etdirə bilər:
Yaşanan hadisənin bu səviyyəyə çatmasını ağlına belə gətirmən ana onu iki ildən sonra ərə verəcəyini bildirir.
Yeniyetməyə qarşı hər hansı təzyiqlərin olub-olmaması üçün müvafiq ekspertizalar təyin olunub. Polis əməkdaşları da məsələni ətraflı araşdırır.
Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanının nümayəndələri hər iki tərəfdən izahat alıb. Onlara psixoloji, sosial və hüquqi dəstək göstərilib. Azyaşlı 18 yaşı olanadək nəzarətdə saxlanılacaq.