Səməd Səmədov vəfat edib

Səməd Səmədov vəfat edib

Azərbaycan tanınmış estrada müğənnisi, xalq artisti Səməd Səmədov vəfat edib.

“İNFONEWS”-un məlumatına görə 75 yaşlı sənətçinin dünyasını dəyişməsinə koronavirus səbəb olub.

Müğənni Tural Qismətin sözlərinə görə Səməd Səmədov bir müddət əvvəl koronavirusa yoluxub. Daha sonra vəziyyəti ağırlaşıb və dünən axşam təcili olaraq xəstəxanaya yerləşdirilib. Müəyyən müdaxilələr edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, xalq artisti Səməd Səmədov bir neçə saat öncə dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir