Təhsil nazirindən müəllimlərin işə qəbulu imtahanında yaranan narazılığa MÜNASİBƏT
Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat üzrə təşkil olunan test imtahanlarına görə yaranmış narazılıqlara münasibət bildirib.
“İNFONEWS” xəbər verir ki, nazir tərtib olunmuş test tapşırıqlarının təhlili aparılacaq.
“2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”, – deyə nazir vurğulayıb.