Azərbaycanda koronavirusa yoluxma sayı niyə artır?
Hazırda ölkədə sürətlə vaksinasiya prosesi həyata keçirilir. Buna baxmayaraq virusa yoluxma sayında artım müşahidə edilir. Artıq rəqəmlər 400-ü ötüb. Bəs bu artım hansı addımı atmağı zəruri edir?
“İNFONEWS” xəbər verir ki, “ARB 24” kanalında yayımlanan “Nə baş verir?” proqramına danışan həkim İmran Mirizadə yoluxma sayının artmasının səbəbini karantin qaydalarının yumşaldılmasında gördüyünü bildirib:
“Hazırda bir qrup insan vaksin olunub. İkinci qrup insanlar isə infeksiyanı keçirib və onlarda immunitet yaranıb. Bu ili ötən il ilə müqayisə etsək, ötən il karantin qaydaları daha sərt idi. Biz hazırda ictimai-iaşə obyektləri və nəqliyyatdan rahat istifadə edirik. Bir sıra şadlıq evləri, “Mall”lar da var ki, bunlar da fəaliyyətini davam etdirir.
Bu da öz növbəsində yoluxma sayının artmasına münbit şərait yaradır. Buna görə keçən il ilə müqayisədə yoluxma sayı eynidir. Lakin burada iki amil mövcuddur. Biri kütləvi vaksinasiya, digəri isə karantin qaydalarının yumşaldılmasıdır”.