Bill Qeyts restoranda 80 min hesab ödədi

Bill Qeyts restoranda 80 min hesab ödədi

“Microsoft”un yaradıcısı Bill Qeyts dostları ilə birgə lüks yaxtasında dünya turuna çıxıblar.

“İNFONEWS” “sputniknews.com”a istinadən xəbər verir ki, Qeyts istirahət zamanı Türkiyəyə də baş çəkib.

O, Bodrumda yerləşən bahalı otellərdən birində dostları ilə nahar edib.

Yemək bitdikdən sonra Bill 80 min lirə (təxminən 15 min AZN) hesab ödəyib.

Bu məlumat Qeyts getdikdən sonra Türkiyə mətbuatında manşet olub.

Qeyd edək ki, “Microsoft”un qurucusunun hazırkı sərvəti 146 milyard dollardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir