İki marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək

İki marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək

“İNFONEWS” xəbər verir.

Avqustun 5-də Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Bakı Nəqliyyat Agentliyində bildirilib ki, bununla əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir