Ətrafı zibilləyən avtobus sürücüsü: “Get öz işinlə məşğul ol”

Ətrafı zibilləyən avtobus sürücüsü: “Get öz işinlə məşğul ol”

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış memar Elçin Əliyev Bakıda avtobus sürücüsünün davranışını tənqid edib.

“İNFONEWS” xəbər verir ki, o, “Facebook” səhifəsində bu barədə yazıb və tənqid etdiyi avtobus sürücüsünün görüntülərini paylaşıb.

Elçin Əliyev bildirib ki, “Xaliq Faiqoğlu” şirkətinə məxsus sərnişin avtobusunun sürücüsü Şəmsi Bədəlbəyli küçəsində sükan arxasında olarkən pəncərədən yerə salfet atıb.

Ətrafı zibillədiyinə görə sürücüyə irad bildirdikdə isə kobud rəftarla qarşılaşıb.

“Əcəb edirəm, istəyirəm, zibili yerə atıram. Sənin nə işinə qalıb? Get, öz işinlə məşğul ol”, – deyə sürücü qışqırıb.

Qeyd edək ki, Bakı küçələrində tez-tez avtobus sürücülərinin belə davranışları ilə qarşılaşırıq. Artıq buna “öyrəşirik” desək, yanılmarıq. Hətta iş o yerə çatıb ki, sərnişinlər və digər yol hərəkəti iştirakçıları avtobus sürücülərinin səhvlərini belə deməyə qorxur.

Çünki elə avtobus sürücüləri də tapılır ki, səhvi düzəltmək əvəzinə irad bildirən şəxsi döyür. Bu da paytaxt nəqliyyatına cavabdeh qurumun belə amillərə göz yummasından irəli gəlir. Yaxud da cavabdeh qurumun işinin öhdəsindən layiqincə gələ bilməməsi anlamını ortaya qoyur.

Ətrafı zibilləyən avtobus sürücüsü: “Get öz işinlə məşğul ol”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir