Tərtərdə “Mən oxudum, sən də oxu” səyyar kitabxana xidməti
“İNFONEWS” xəbər verir.
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi rayon əhalisinə 24 saat kitabxana xidməti təşkil etmək məqsədilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Mən oxudum, sən də oxu” adlı səyyar kitabxana qutuları təşkil edib.
Regional İdarədən bildirilib ki, səyyar kitabxana qutularının quraşdırılmasında məqsəd əhalinin, xüsusilə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, oxucu marağının artırılması, mütaliə mədəniyyətinin daha da yüksəldilməsidir. Maraqlı üslublarda hazırlanmış qutularda müxtəlif mövzulu kitablar, jurnallar, broşür və qəzetlər oxucuların istifadəsinə verilib.