Bərdədəki Xan meşəsi məişət tullantılarından təmizlənib
“İNFONEWS” xəbər verir.
Bərdə şəhər ərazisində yerləşən Xan meşəsində “Meşələrimizi məişət tullantılarından qoruyaq” şüarı altında ekoloji aksiya keçirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bərdə rayon bölməsinin təşəbbüsü, Gənclər və İdman İdarəsinin, Dövlət İdarəetmə və Texnologiya Kollecinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc əməkdaşlarının və könüllülərinin iştirakı ilə keçirilən aksiyada 30 gənc iştirak edib. Aksiya zamanı meşənin müəyyən edilmiş ərazisi məişət tullantılarından təmizlənib.
Ekoloji aksiyaların ilboyu keçirilməsi nəzərdə tutulub.