Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən əsgərlərimizə bayram sovqatı kompaniyası davam edir. Aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.
Trend-in məlumatına görə, Vətənin keşiyini çəkən hərbi qulluqçularımıza dəstək kompaniyasının növbəti ünvanı Ağdamın Mollalar kəndi olub. Dekabrın 25-də baş tutan aksiyada 100-lərlə əsgərə bayram sovqatı paylanılıb.
Azərbaycan Ordusunun qalib əsgərləri məhz işğaldan azad olunmuş ərazilərdə xidmət etdikləri üçün fəxr hissi duyduqlarını dilə gətiriblər. Onlardan bir neçəsi arxa cəbhədə onları tək qoymayan Azərbaycan xalqına öz təşəkkürlərini bildiriblər.