Arzu Məmmədova: “Layihənin bu mərhələsini bitmiş sayıram. Amma yeni mərhələ uzaqda deyil”

“İNFONEWS” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 24/7 Kitabxanasının “Qarabağ Kitabxanaları” layihəsi UNEC Könüllüləri Təşkilatının təşkilatçılığı ilə ərsəyə gəlib.

Layihəyə könüllü qismində Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinin III kurs tələbəsi Nabat Əliyeva cəlb edilib.

Layihənin məqsədi Qarabağdakı kitabxanaların yaranması, işğaldan əvvəlki və işğal dövründəki fəaiyyəti haqqında qısa da olsa məlumat vermək idi.

Layihənin ilk buraxılışı “Qarabağ Kitabxanaları – ŞUŞA”  Şuşanın işğaldan azad olunması günü 8 noyabr 2020-ci il tarixində təqdim edilib. Sonrakı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam kitabxanaları haqqında buraxılışlar izləyicilərin geniş marağına səbəb olub. Layihənin sonuncu buraxılışınıı Laçın kitabxanalarına həsr edilib.

Sonda layihə rəhbəri Arzu Məmmədovanın fikirlərini təqdim edirik:

“Layihənin bu mərhələsini bitmiş sayıram. Amma yeni mərhələ uzaqda deyil. İnanıram ki, qısa zaman ərzində Qarabağ kitabxanaları nəinki bölgənin, eləcə də ölkəmizin ən müasir, zəngin resurslu, aparıcı müəssisəsinə  çevriləcək və biz bu yenidənqurma, dirçəliş dövrünü böyük sevgi ilə izləyib, yaxından iştirak edib, yeni-yeni maarifləndirici layihələr həsr edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir