Hansı ölkə Əfqanıstanın “Taliban” hökumətini tanıya bilər?

Hansı ölkə Əfqanıstanın “Taliban” hökumətini tanıya bilər?

“İNFONEWS” xəbər verir.

Pakistan region ölkələri və dünya gücləri ilə məsləhətləşmələrdən sonra Əfqanıstanda “Taliban” hökumətini tanıya bilər.

“The Express Tribune” qəzetinin məlumatına görə, bunu Pakistanın informasiya və radio yayımı naziri Çaudri Favada Hüseyn deyib.

“Türkiyə və Çin də daxil olmaqla, bir çox ölkələrlə danışıqlar aparırıq. Region dövlətləri və dünya gücləri ilə hərtərəfli məsləhətləşmələrdən sonra “Taliban” hakimiyyətinin qurulmasına yanaşma barədə qərar verəcəyik”, – deyə Çaudri Favada Hüseyn bildirib.

Nazir əlavə edib ki, Pakistanın Əfqanıstanla bağlı mövqeyi əvvəllər aydın olub və hazırda da belədir: “Biz “Taliban” hərəkatının qanunların aliliyinə və insan hüquqlarına hörmət etməsini gözləyirik”. O, həmçinin taliblərin artıq Əfqanıstanda sabitliyin təmin edilməsinə tam məsuliyyət daşıdığını vurğulayıb.

Çaudri Favada Hüseynin sözlərinə görə, İslamabad Əfqanıstanda ölkənin idarə olunmasında iştirak etməli olan və gələcəkdə milli həmrəylik əsasında qurulacaq hökumətə daxil olacaq müxtəlif siyasi qüvvələrlə əlaqə saxlayır.

“Bu cür idarəetmə Əfqanıstanda vacib insan hüquqlarının qorunmasını təmin edəcək”, – deyə nazir qeyd edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir