Britaniya Əfqanıstana humanitar yardımı iki dəfə artıracaq
“İNFONEWS” xəbər verir.
London Əfqanıstana ayrılan humanitar yardımını iki qat artıracaq və digər ölkələri də bu nümunəyə riayət etməyə çağırır.
“TASS” -ın verdiyi məlumata görə, bu barədə Krallığın XİN rəhbəri Dominik Raab bildirib.
“İngiltərə bu il Əfqanıstana humanitar və inkişaf yardımını iki qat artıraraq 286 milyon funt sterlinqə (393 milyon dollar) çatdıracaq. Başqalarını zərər çəkən əfqanlara ehtiyac duyduqları humanitar dəstəyi vermək üçün bizim nümunəmizi izləməyə çağırırıq”, – deyə nazir öz “Twitter” səhifəsində yazıb.
Daha əvvəl Britaniya XİN-in mətbuat xidməti Londonun Əfqanıstan təhlükəsizlik və hüquq -mühafizə qüvvələrinə artıq maliyyə yardımı göstərməyəcəyini və bunun üçün nəzərdə tutulan vəsaitləri əfqan xalqına humanitar yardım göstərilməsi üçün yönəldiləcəyini bildirib.