Tanınmış gənc skripkaçı Cıdır düzündə “Ay Laçın” ifa etdi

Tanınmış Skripkaçı Cıdır düzündə “Ay Laçın” xalq mahnısını ifa edib

“İNFONEWS” xəbər verir.

Qeyd etdiyimiz kimi, bir neçə gün öncə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə diaspor nümayəndələri Şuşada səfərdə olublar. Nümayəndə heyəti içərisində Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli də olub. Cünel “Şuşada, Cıdır düzündə skripkada ifa etmək” kimi ən böyük arzusunu reallaşdırıb. 

Komitədən verilən məlumata görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülmüş istedadlı skripkaçı Cıdır düzündə skripkada “Ay Laçın” xalq mahnısını ifa edib. Canel Nəcəflinin ifası diaspor üzvləri tərəfindən olduqca xoş qarşılanıb, duyğulu anlar yaşanıb.

Qeyd edək ki, Canel Nəcəfli hazırda Bakı Musiqi Akademiyasında Xalq Artisti, professor Zəhra Quliyevanın sinfində qiyabi və Çexiyada Plzen Konservatoriyasında professor Roman Fedçukun sinfində əyani təhsillərini davam etdirir. O, keçən il Çexiyada musiqi sahəsində “İlin adamı” mükafatına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir