“Açıq mikrofon” bu dəfə Abşeronun Məmmədli kəndində olacaq
“İNFONEWS” xəbər verir.
“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən bildirilib ki, bu dəfə səyyar qəbul otağı avqustun 24-də Abşeron rayonunun Məmmədli kəndində qurulacaq.
Aksiya səhər saat 10:00-dan 12:00-a qədər hər kəsin üzünə açıq olacaq.
Sakinlər “Açıq mikrofon”un imkanlarından istifadə edərək problemlərini, təkliflərini rahat şəkildə səsləndirə bilərlər.
Qeyd edək ki, bu, “Azəriqaz”ın sayca 7-ci aksiyasıdır. Təcrübə göstərir ki, bu tip aksiyaların alternativi yoxdur. Effektivlik, maksimum nəticə əsas hədəfdir.