Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

“İNFONEWS” xəbər verir.

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qroznı şəhərinə yola düşüb.

QMİ-dən verilən məlumata görə, səfərin əsas məqsədi bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 70-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etməkdir.

Qroznı şəhərinə gəlib çatdıqdan sonra QMİ sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə axşam saatlarında tədbirlərdə iştirak etmək üçün Çeçenistanın paytaxtına gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri – RF Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb. Səmimi dostluq şəraitində keçən görüşdə bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir