Məşhur teleekstrasensin meyidi Moskvada hosteldə tapılıb
“İNFONEWS” xəbər verir.
Tanınmış teleekstrasens, bir çox məşhur teleşou proqramların iştirakçısı, aparıcısı Dardo Kustonun meyidi bu gün səhər Moskva şəhərinin şərqindəki Perovski küçəsində yerləşən hostellərdən birində tapılıb.
Bu barədə “Vesti.Ru” məlumat yayımlayıb.
İlkin məlumata görə, Dardo Kusto intihar edib. Hostel əməkdaşları onun ölümündən əvvəl yazıb divara vurduğu məktubunu aşkarlayıblar.
Qeyd edək ki, Rusiyanın Orenburq vilayətində dünyaya gələn Dardo Kusto özünü əsilli-köklü şaman nəslinin чələfi hesab edirdi. Həmçinin “O samom qlavnom” (Ən əsas haqqında) televiziya verilişində davamlı iştirak edərək, parapsixologiya üzrə ustad-təlimləri keçirdi.
Hazırda rentgen-insan kimi özünü təqdim edən 44 yaşlı ekstrasensin ölüm səbəbləri araşdırılır.