Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə qatıldı

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə qatıldı

“İNFONEWS” xəbər verir.

Tankçılarımız “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Moskvada keçirilən “Tank biatlonu” müsabiqəsində mübarizəyə başlayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir