Malazgirt zəfəri mərasimində “Mehtər marşı” böyük izdihamla izləndi

Malazgirt zəfəri mərasimində “Mehtər marşı” böyük izdihamla izləndi

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə müəyyən olunmuş yubiley mərasimlərinin rəngarəng proqramları çərçivəsində Ergezen Orta Məktəbinin şagirdlərdən ibarət “Mehtəran” birliyinin “Mehtər marşı” ifası böyük təntənə yaradıb.

Bitlisin Ahlat rayonunda fəaliyyət göstərən Azərbaycan mədəniyyətini tanıtma çadırının yaxınlığında təşkil olunan ifa rayon rəhbərliyinin iştirakı ilə izlənilib və hərarətli alqışlarla qarşılanıb.

Xatırladaq ki, bu məkanda Azərbaycan mədəniyyətini tanıtma çadırı fəaliyyətini davam etdirir. Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupu avqustun 25-də də əsrarəngiz ifası ilə yubiley mərasimlərinin əzəmətinə töhfə verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir