2020-ci ildə ali məktəblərə 5179 subbakalavr qəbul olub
“İNFONEWS” xəbər verir.
2020-ci ildə ali təhsil müəssisələrinə 5 min 179 subbakalavr qəbul olub. Onların 15.22 faizi dövlət sifarişi üzrə, 84.78 faizi isə ödənişli əsaslarla ayrılan yerlərə qəbul olub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, subbakalavrların 67.08 faizi (3474 nəfər) dövlət, 32.92 faizi (1705 nəfər) özəl ali təhsil müəssisələrinə qəbul olub. Subbakalavrların böyük əksəriyyəti (93.20 faiz) I və II qrup ixtisaslarına qəbul olub. Dövlət sifarişi üzrə qəbul olanlar arasında bu qrupların payı 79.06 faiz, ödənişli əsaslarla qəbul olunanlar arasında isə 95.74 faizdir.