Hava proqnozu Dərya Ağayevanın təqdimatında
“İNFONEWS” –un start verdiyi “Hava proqnozu həyatımızı bəzəyən balacaların təqdimatında” lahiyəsi davam edir.
Bu buraxılışda hava haqqında məlumatı Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan soydaşlarımız Ağayevlər ailəsinin sevinc payı, uğur mələyi, balaca şıltaq şahzadə Dərya təqdim edir:
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-26° isti, gündüz 34-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacaq.