Ermənistan parlamentində bu dəfə də dava düşdü
“İNFONEWS” xəbər verir.
Növbəti dava səbəbindən Ermənistan parlamentinin iclasında məcburi fasilə elan olunub.
Ermənistan mətbuatının yaydığı məlumatlara görə, buna səbəb deputatlardan birinin keçmiş müdafiə naziri, hazırda parlamentdə müxalifət fraksiyasına rəhbərlik edən Seyran Ohanyanı dolayı yolla vətən xaini adlandırması olub.
Parlamentdə çoxluq təşkil edən “Vətəndaş Razılaşması” fraksiyasında təmsil olunan millət vəkili Hayk Sarkisyanın çıxışı zaldakı müxalifət təmsilçilərini özlərindən çıxarıb.
İqtidar partiyasından deputat Sarkisyan çıxışında “ordudan uzaqlaşdırılan bütün müdafiə nazirləri şəxsi heyətin harada hərbi xidmət etmələrini pul və ya telefon vasitəsilə müəyyənləşdirməyi normaya çevirməklə vətənə xəyanət ediblər” – deməsi Ohanyanı və onun partiya yoldaşlarını hiddətləndirib.