Hava proqnozu Xaqan, Turan və Oqtayın təqdimatında

Hava proqnozu Aydan Həsənlinin təqdimatında

“İNFONEWS” –un start verdiyi “Hava proqnozu həyatımızı bəzəyən balacaların təqdimatında” lahiyəsi davam edir.

Bu buraxılışda hava haqqında məlumatı Rusiya Federasiyasının Moskva şəhərində yaşayan soydaşlarımız Salayevlər ailəsinin igidlər heyəti Turan və Xaqan qardaşları, eləcə də Hüseynovlar ailəsinin qoçaq nümayəndəsi Oqtay təqdim edir:  

Avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir