Hulusi Akar əməkdaşlığa görə Azərbaycana təşəkkür etdi
“İNFONEWS” xəbər verir.
Türkiyənin müdafiə naziri Hulusi Akar Əfqanıstanda sülhməramlı missiyadakı əməkdaşlığa görə Azərbaycana təşəkkür edib.
Kabildən təxliyə edilən Türkiyə sülhməramlıları üçün Ankarada təşkil olunan mərasimdə çıxış edən H. Akar Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda indiyədək göstərdiyi layiqli xidmətə görə təşəkkürünü bildirib və onları təbrik edib: “Kabildə hərbi qüvvələrimizlə birlikdə əməkdaşlıq edən Azərbaycan hərbçilərinə, nazirliklərə və qurumlara bizə verdikləri dəstəyə görə təşəkkür edirəm”.