Hava proqnozu Rəsul və Elina Mirzəyevlərin təqdimatında

Hava proqnozu Rəsul və Elina Mirzəyevlərin təqdimatında

 

“İNFONEWS” –un start verdiyi “Hava proqnozu həyatımızı bəzəyən balacaların təqdimatında” lahiyəsi davam edir.

Bu buraxılışda hava haqqında məlumatı Rusiya Federasiyasının Naryan-Mar şəhərində yaşayan soydaşlarımız Mirzəyevlər ailəsinin iki gözəl övladı – igid, qayğıkeş, kitab oxumağı sevən Rəsul və onun balaca, şirin, nazlı, sevimli bacısı Elina təqdim edir:  

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz 24-29° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir