Ölkənin ilk rəqəmsal bankı fəaliyyətə başlayıb
“İNFONEWS” xəbər verir.
Üç milyondan artıq yükləmə sayı olan ölkənin ən məşhur mobil tətbiqi “Birbank” artıq ilk rəqəmsal bank kimi fəaliyyətini davam etdirəcək. Daha geniş bank xidmətlərinə malik və funksionallığına görə bir sıra üstünlükləri ilə seçilən “Birbank”ın həm loqosu, həm də “www.birbank.az” saytı tam olaraq yenilənərək, rəqəmsal bank kimi milyonlarla müştəriyə xidmət göstərəcək.
Əvvəlki geniş funksional ilə yanaşı “Birbank” vasitəsilə artıq kredit və ya “BirKart” taksit kartını sifariş edib, təyin olunan kredit məbləğini bir neçə dəqiqəyə əldə etmək mümkündür. Belə ki, həm nağd pul krediti, həm də taksit kartını almaq istəyən müştərilər mobil tətbiq və ya sayt vasitəsilə yalnız şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməlidirlər. Sonra müştəri ona düşən nağd pul kreditini təsdiqləyir və vəsait həmin an müştərinin “Kapital Bank”a aid məvacib, təqaüd kartına və ya cari hesabına mədaxil olunur. Taksit kartı isə müştərinin seçiminə uyğun olaraq ya kuryer vasitəsilə ünvana göndərilir və ya filialdan növbəsiz götürülür.
Qeyd edək ki, iOS və Android əməliyyat sistemləri “Birbank”ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək müştərilərə tövsiyə edir. “Birbank”ın “Bonuslar” hissəsində həm də “ƏDV geri al” bölməsi yaradılıb. Müştərilər portalda olan şəxsi kabinetlərini “Birbank” vasitəsilə idarə edə bilirlər. Virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Həmçinin “BirKart” istifadəçiləri “Birbank”da yaradılan şəxsi kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər. Bütün bunlarla yanaşı “Birbank”da NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdlaşma, hətta istifadəçiyə ən yaxın olan “Kapital Bank” bankomatının yerini də təyin etmək olar. Xüsusi funksiya ilə avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.
Bundan əlavə, “Birbank”da telefon kitabçasında olan istənilən şəxsə pul göndərmək və ya ondan pul istəmək və qəbul etmək kimi funksiyalar da mövcuddur. Kartlarla POS-terminal, internet və “Birbank” vasitəsilə ödənişlər edərək, “Ürəklər” qismində olan bonusları müxtəlif hədiyyələrə dəyişmək olar. “Birbank”ı istifadə edən zaman yarana biləcək sualları isə çat funksiyası vasitəsilə bankın əməkdaşlarına ünvanlayaraq cavab almaq mümkündür.
Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. “Birbank” kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. “Birbank”ın bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və sair. Ətraflı məlumat üçün “www.birbank.az” saytına müraciət edə bilərsiniz.