Randevuya baxılmırsa niyə götürürük?

Randevuya baxılmırsa niyə götürürük?

Ölkəmizdə əhalinin yanvar ayının ortalarından başlayan vaksinlənməsi hazırda davam edir. Nəzərə alsaq ki, bəzi qurumlar artıq vətəndaş qəbulunu yaşı 18-dən yuxarı olan şəxslər üçün yalnız COVID-19 vaksin  və ya immunitet sertifikatı olduğu halda həyata keçirir, eləcə də sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 vaksin  və ya immunitet sertifikatı olduğu halda istifadə edə biləcəklər yəqin ona görədir ki, poliklinikaların, həmçinin vaksinləmə prosesi həyata keçirilən tibb  məntəqələrinin qarşısında kəskin növbələrin mövcudluğunu müşahidə edirik.

Bildiyiniz kimi vaksinləmə prosesində iştirak etmək üçün növbə randevu.its.gov.az saytı vasitəsilə qabaqcadan növbə götürüldükdə, eləcə də yerində canlı növbə tutmaqla həyata keçirilir.

Sözügedən sayt vasitəsilə vaksinasiya prosesində iştirak etmək üçün qabaqcadan növbə götürülmə ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olmaqdadır. Həmin şikayətlərin bir neçəsində deyilir ki, bəzi tibb müəssisələri tərəfindən öncədən götürülmüş randevulara məhəl qoyulmur və vətəndaş saatlarla növbədə gözlədilir.

“İNFONEWS” daxil olan şikayətlərdən birini olduğu kimi təqdim edir:

“Bugün #vaksinasiya olunmaq üçün gedərkən rastlaşdığım məsuliyyətsizliyi sizinlə bölüşmək istəyirəm:

4 saylı şəhər poliklinikasında vaksinasiya olunmaq üçün qeydiyyatdan keçmişdim (saat 15:00-16:00 üçün) maraqlısı budur ki, məntəqəyə yaxınlaşdıqda qeydiyyatdan əvvəlcədən keçdiyim halda yenidən növbəyə yazılmaq lazım olduğunu bildirildi. Bu hansı məntiqin məhsuludur? Dövlət qurumu öz daxili fəaliyyətini tənzimləyə bilmirmi? Özbaşınalıqdırmı? Qurumlar nəylə məşğuldur?
Nəysə mən adımı yazanda 586-cı sıraya yazıldım (həmin vaxtı 326 cı adam daxil oldu)
Qeydiyyatdan keçildiyi halda bunun üstünlüyü olmadığı bildirildi və əlavə olaraq qeyd olundu ki, bu qeydiyyat sadəcə uçota alınmaq üçün imiş guyə. #Texnologiya mövcud vəziyyəti sadələşdirmək üçün var avropa kimi görünüb afrika kimi olmaq üçün yox. Başqasının o sistemdə qeydiyyatdan keçə bilməməsi heçkəsin problemi deyil obyektiv olaq.
Bir naz bir qəmzə xanımların iş vaxtının bitməsinə az qalıb. Niyə görə insanları saatlarla gözlədib sonra yersiz bəhanələr gətirirlər? Sonra səsini çıxaran olur “ Демагог” çıxarmayıb neynəsin? Bu qədər adam burda növbə gözləyir poliklinika direktoru yoxdur. Niyə əlavə işçi cəlb edilmir? Əgər işin bitmə vaxtı məlumdursa qapıya bir nəzarətçi təyin edilməli və növbəsi çatmayacaq olanlara vəziyyəti izah edib qarşısını almalıdır. Sonra isə sonlara yaxın içəri daxil oldum və yaxınlaşanda dedilər sistem bağlandı artıq (19:00 da). Necə yəni? Bunun bağlanacağını bilirsiniz və bu qədər adamla kobud ifadə ilə desək məzələnirsiniz? Analit düşüncəmi lazımdır buna ? Normal insanda başa düşə bilər ki, günlük limit budur.
Nəysə gərgin mübahisədən sonra məndə bu dataların excelə yazılması sonra isə sistem açılanda bazaya export edilməsi fikrini irəli sürdüm. Qadın isə “cinayət işi açılar ifadəsini səsləndirdi”
insanların hüquqları pozulur bundan artıq nə cinayət?
Hər iki tərəfdə olduqca aqressiv idi bu başa düşülən bir vəziyyət idi (vətəndaş saatlarla gözləyib sonra gelib deyir ki sistem bağlandı ? ) səhiyyə işçiləridə yüzlərlə adamla bu mübahisəni aparır hər gün ümumi baxılarsa düzdür bu tibb bacılarının günahı deyildi. təzyiq onlara olsada onlarda əmir quludur ,amma heçbir qurum kütlənin zamanını alıb prosesi belə sonlandıra bilməz.
Sentyabrın birindən məhdudiyyətlər başladığı məlum olduğu halda belə biganə yanaşılır mövzuya. Axlı min qarış havada olanlara görə hərşeyi edib gələnlərə belə davranılmamalıdır. Ümid edirəm müvafiq boşluqlar aradan qaldırılar növbəti günlərdə…
Şiddətlə #qınayıram #FaridAsgarov

Məsələ ilə bağlı adı çəkilən tibb müəssisəsi ilə əlaqə saxlamağa çalışsaq da bu cəhdimiz uğursuz oldu. Mövzu ilə bağlı aidiyyatı qurumlara rəsmi qaydada məlumat göndərəcəyik. Ümid edirik aidiyyatı qurumlar problemlə bağlı müvafiq tədbir görəcəklər.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hər zaman hazırıq.

FƏRİD ƏSGƏROV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir