“Zoom” şirkətinin səhmlərinin ucuzlaşması diqqət çəkdi
“İNFONEWS” xəbər verir.
Amerikanın onlayn videokonfrans şirkəti olan “Zoom”un səhmləri 11 faizdən çox ucuzlaşıb.
“Reuters” agentliyinin məlumatına görə, tələbatın daha sürətlə azalmasına və insanların yenidən ofislərə qayıtmasına görə şirkətin səhmləri 11 faizdən çox dəyər itirib.
Qeyd edək ki, “Zoom” və videokonfrans xidmətləri təklif edən digər şirkətlər – “Cisco”, “Microsoft’s Teams” və “Salesforce’s Slack” karantin müddətində milyonlarla yeni istifadəçi toplayıb.