Bu dəfə Gəncədə dördaylıq körpə küçəyə atıldı
“İNFONEWS” xəbər verir.
Gəncədə dördaylıq körpə küçəyə atılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.
Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi.