Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb

“İNFONEWS” xəbər verir.

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya istiqamətindən gələn, postun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, yataq yerinin sol tərəfindəki örtüyün arxasındakı boşluqda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 20 ədəd “iPhone 12 Pro Max 256 GB” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir