Təcili tibbi yardımda işləmək istəyənlərin nəzərinə!
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına işə qəbulla bağlı elan verilib.
Səhiyyə Nazirliyindən “İNFONEWS”-a verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.
Tələb olunan sənədlər:
– Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)
– Şəxsiyyət vəsiqəsi
– Diplom
– İnternatura vəsiqəsi
– Sertifikat
– Əmək kitabçası