Bu şəxslər xəstəliyi daha yüngül keçirib

Bu şəxslər xəstəliyi daha yüngül keçirib

“COVİD xəstələri öz bədənlərində gedən dəyişiklikləri bilməlidir”.

“İNFONEWS” APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev “COVID-19-un ev şəraitində müalicəsi” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, qızdırma olduğu zaman panikaya düşmək lazım deyil: “Temperatur düşmürsə, öskürək dayanmırsa, boğulma müşahidə olunursa, bu zaman təcili yardım çağırılmalıdır ki, şəxsin xəstəxanaya yerləşdirilməsi gecikməsin”.

O bildirib ki, elə xəstə var, koronavirusa yoluxduqdan sonra karantin müddəti bitənə qədər 2 həftə duş qəbul etmir: “Bununla bağlı bir göstəriş yoxdur. Sadəcə duş alıb, özlərini soyuqdan qorumalıdırlar. Xəstə duşdan sonra kondisioner altında oturursa, özünü soyuğa verirsə, xəstəlik üçün problem yarada bilər. Əks halda bu müddətdə istədikləri qədər duş qəbul edə bilərlər”.

Həkim qeyd edib ki, xəstəliklə bağlı bəzən çox maye qəbul edilməsi məsləhət görülür, amma mayenin qəbulu miqdarı da xəstədən xəstəyə dəyişir: “Yaxşı qidalanma dedikdə isə çox yeməkdən söhbət getmir. Bu zaman balanslı qidalanmaq lazımdır. Bundan başqa, aparılan araşdırmalara görə 6 aya qədər dad və iybilməni itirən xəstələr olur. Buna görə mütəmadi olaraq dərman qəbul lazım deyil. Buna görə neçə aydır COVID müalicəsi alanlar var. Müşahidələr göstərib ki, dad və iybilməni ilk gündən itirənlər xəstəliyi daha yüngül keçirib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir