Anar Eyvazov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin olundu

Anar Eyvazov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin olundu

Polkovnik-leytenant Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

“İNFONEWS” xəbər verir ki, Müdafiə Nazirliyidən Oxu.Az-a daxil olan məlumata əsasən, bununla bağlı müdafiə naziri Zakir Həsənov əmr imzalayıb.

Həmçinin Mətbuat Xidmətinin rəisi vəzifəsi Anar Eyvazova həvalə edilib.

Qeyd edək ki, nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

Anar Eyvazov bu zamana qədər Müdafiə Nazirliyinin mətbuat katibi idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir