“Lunapark”a əylənməyə gedən 19 yaşlı qız qəfil öldü
Türkiyədə əyləncə mərkəzinə gedən gənc qız qəfil vəfat edib.
“İNFONEWS” “haberler.com”a istinadən xəbər verir ki, 19 yaşlı Zeynəb Günay “Lunapark”a əylənməyə gedib. Orada attraksiona minən gənc qızın halı qəfil pisləşib.
Yaxınlarının köməyilə qız attraksiondan düşürdülüb. Təcili yardım çağırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq Zeynəbin həyatını xilas etmək mümkün olmayıb.
Qızın yaxınlarının sözlərinə görə, Zeynəbin halı pisləşərkən onun üçün vaxtında həkim çağırılmayıb. İddia olunur ki, əgər həkim vaxtında gəlsəydi, bəlkə də qızın həyatını xilas etmək mümkün olardı.
Faktla bağlı araşdırma aparılır.