Əcnəbilərin COVID-19 pasportu tələb olunan yerlərə daxil olması barədə – AÇIQLAMA
“İNFONEWS” xəbər verir.
Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, həmin şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər.
Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır.