Azərbaycanda bu gün koronavirusa yoluxma SAYI – 2 sentyabr
“İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, 5 722 nəfər vəfat edib, aktiv xəstə sayı 53 298 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 678, ötən müddət ərzində isə ümumilikdə 4 498 717 test aparılıb.