Ölkədə 7 milyon dozadan çox vaksin vurulub

Ölkədə 7 milyon dozadan çox vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”-a verilmiş məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 7 009 933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 239 851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2 770 082 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir