ÜST koronavirus əleyhinə digər peyvəndləri nə üçün təsdiqləmir?

ÜST koronavirus əleyhinə digər peyvəndləri nə üçün təsdiqləmir?

Ümumdünya Səhiyyə Təşkilatı istehsalçıların istəyi və müraciəti əsasında Təcili İstifadə Siyahısı üçün peyvəndləri qiymətləndirir.

“İNFONEWS” xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, ÜST yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir:

“2020-ci ilin aprel ayında ÜST pandemiyanın qarşısının alınmasında təsirli olacaq peyvəndlər üçün minimum meyarları açıqladı. Təcili istifadə üçün qiymətləndirilən bütün peyvəndlər COVID-19 infeksiyasına qarşı minimum effektivlik səviyyəsinə çatıb. Bir çox peyvənd yerli qurumların icazəsi ilə müstəqil sınaqlara cəlb olunub, lakin bəzilərinin ÜST tərəfindən qiymətləndirilməsi tamamlanmayıb. ÜST onları qiymətləndirməyə davam edir. Texniki ekspert qrupu qiymətləndirmələri tamamladıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir