Qəbulda bu ixtisas qrupunda ən yüksək göstərici qeydə alınıb

Qəbulda bu ixtisas qrupunda ən yüksək göstərici qeydə alınıb

“İNFONEWS” xəbər verir.

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ən yüksək göstərici I ixtisas qrupunda (13514) qeydə alınıb. Bu göstərici II qrup üzrə 11535, III qrup üzrə 12586, IV qrup üzrə 3572, V qrup üzrə 3654 nəfərdir. Göründüyü kimi, ən aşağı göstərici IV qrupda müşahidə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir