İstanbulda birinci tədris günündə nəqliyyat ödənişsiz olacaq

İstanbulda birinci tədris günündə nəqliyyat ödənişsiz olacaq

“İNFONEWS” xəbər verir.

İstanbul Böyükşəhər Bəldiyyəsi daha bir qərarı ilə gündəmə gəlib.

Belə ki, qurumdan ölkədə məktəblərin açılacağı 6 sentyabr tarixində şəhərdə ictimai nəqliyyatın pulsuz fəaliyyət göstərəcəyi bildirilib.

Pulsuz sərnişindaşımanın səhər saat 6:00-dan günorta 14:00-dək qüvvədə olacağı qeyd edilib.

Məlumata görə, qarşıdan gələn bazar ertəsi İstanbulda 7060 məktəbdə 2 819 443 şagird və 198 165 müəllim dərslərə başlayacaq. Onlardan 324 min şagird 18 min  servis avtobusu ilə tədris müəssisələrinə daşınacaq.

Qalanları isə fərdi avtomobillər və ictimai nəqliyyatdan istifadə etməklə məktəblərə gələcəklər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir