Hadisədən “Rza Zərrabdan hamilə qalması” iddialarına cavab

Hadisədən “Rza Zərrabdan hamilə qalması” iddialarına cavab

Türkiyəli müğənni Hadisə Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabdan hamilə qalması ilə bağlı iddialara cavab verib.

“İNFONEWS” xəbər verir ki, türkiyəli sənətçi sosial media hesabında ingilis dilində paylaşım edib:

“Bir axmaq danışanda diqqətlə dinləyin. Çünki axmaq danışanda qulaq asmaq vacibdir. Nə edəcəyinizi bilmək, nə etməmək lazım olduğunu bilmək qədər vacibdir”.

Qeyd edək ki, ötən gün “Söylemezsem olmaz” proqramına qatılan model Deniz Akkaya verdiyi açıqlamaları ilə diqqət çəkib.

Hadisənin şəxsi həyatından danışan Deniz sənətçinin iş adamı Rza Zərrabdan hamilə qaldığını bildirib. Məhz bundan sonra Ebru Gündeş Rza ilə həyat yollarını ayırıb.

Xatırladaq ki, bir müddət əvvəl Rzanın həyat yoldaşı Ebru Gündeşə xəyanət etdiyi məşhurlar arasında Hadisənin də adı çəkilib. Bu xəbərlərin yayılmasına səbəb Ebru Gündeşin falçısının Hadisəni Zərrabın Amerikadakı evində görməsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir