“Araz” Supermarketlər şəbəkəsindən marketlərindən birində yaşanan mənfi halla bağlı münasibət
Bir müddət əvvəl “Araz” Supermarketlər şəbəkəsinə məxsus olan marketlərdən birində yaşanan mənfi hallarla bağlı məlumat təqdim etmişdik. Məsələ ilə bağlı qurumun rəsmisi Nuranə Babayevanın mövqeyini təqdim edirik:
“10 ildir ki, müştərilərinə sevərək, qürurla xidmət göstərən “Araz” Supermarketlər şəbəkəsi olaraq, müştəri məmnuniyyəti bizim üçün prioritet məsələdir. Biz paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox şəhər və bölgələrində müştərilərimizə böyük fəxarətlə xidmət göstəririk. Müştərilərimizi daim məmnun etməyə çalışsaq da təəssüf ki, bəzən neqativ hallarla da rastlaşa bilirik. Belə olan halda dərhal tərəfimizdən araşdırma aparılır, problemin həll olunması və bir daha təkrarlanmaması üçün ciddi addımlar atılır. “Araz” supermarketlər şəbəkəsi olaraq rəsmi sosial media hesablarımızdan – Facebook, İnstagram və internet saytımız, WhatsApp nömrəmiz və qaynar xəttimiz vasitəsilə daxil olan hər bir müraciəti dəyərləndirir, araşdırır və müştərilərə məlumat veririk.
Onu da qeyd edək ki, pandemiyanın ilk günlərindən “Araz”supermarketlər şəbəkəsində dezinfeksiya işlərinə ciddi nəzarət olunub. İlk dəfə olaraq məhz “Araz” supermarketlər şəbəkəsində sosial məsafənin qorunması ilə bağlı döşəmə stikerlər quraşdırılıb, xüsusi, təmassız dezinfeksiya aparatları yerləşdirilib. Həm mağaza personalı, həm də müştərilərimiz arasında maarifləndirmə işləri aparılıb. Daxili radiomuzda da mütamadi olaraq müştərilərimizə dezinfeksiya işləri, maska və təhlükəsizlik məsələləri ilə bağlı məlumatlar verilib. Bu işlər bugünkü gündə də davam etdirilir.
Bir məqamı da diqqətinizə çatdıraq ki, mağazalarımızda müştəri hüquqlarının əks olunduğu 4 bənddən ibarət lövhələr asılıb. Bu lövhədə alınan malların geri qaytarılma, təzə məhsul, çap xətası və qiymət etibarlılığı əks olunub. Həmçinin müştəri hüquqları ilə bağlı sosial media hesablarımızda da maarifləndirici paylaşımlar edilir”.
Əlaqədar yazıya keçid üçün: https://infonews.az/?p=12168
Bir daha qeyd edək ki, dərc edilən yazılarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa həmişə hazırıq.