Ağdamlı fermerlər məhsul yığımını davam etdirirlər
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.
Rayon statistika idarəsindən bildirilib ki, yanvar-avqust aylarında rayonun təsərrüfatlarından 44 min 559 ton taxıl, 4800 ton kartof, 61 min 073 ton soğan, 1830 ton bostan məhsulları, 692 ton meyvə tədarük olunub. Hər hektarın orta məhsuldarlığı taxıl üzrə 40,16 sentner, kartof üzrə 163,2 sentner, soğan üzrə 235,8 sentner, bostan məhsulları üzrə 217,8 sentner olub.
Hazırda rayonda məhsul yığımı ilə yanaşı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, pambıq yığımına və növbəti təsərrüfat ilinə hazırlıq işləri də davam etdirilir.