Xaricdə yaşayıb bayrağımızı ucaldan övladlarımızı TANIYAQ! TANIDAQ!
“İNFONEWS” komandası olaraq, Azərbaycandan kənarda yaşayan soydaşlarımız və onların övladlarının gördükləri işləri, uğurları, nailiyyətləri ilə izləyicilərimizi yaxından tanıtmaqda davam edirik.
Ən gənc azərbaycanlı idmançımız Yasin Elgiz oğlu Dadaşov bu il avqustun 27-də Abu-Dabidə keçirilən Ciu-Citsu üzrə BƏƏ – Beynəlxalq Uşaq Çempionatında iştirak edib. 27 kq. çəki dərəcəsində boz kəmərlə yarışa qatılan Yasin elə ilk görüşdə Braziliya təmsilçisi Enzo Palmanı, daha sonra suriyalı Kamal Sameanı və finalda isə suriyalı Yassien Abu El Soudu məğlub edib. Azərbaycan bayrağı altında döyüşən Yasin Dadaşov ölkəmizi layiqincə təmsil edərək, bütün döyüşləri təmiz qələbə ilə başa çatdıraraq, qızıl medal qazanıb
Bu barədə Ərəb ölkələri və Birləşmiş Ərəb Əmirlikləri üzrə müxbir Nuranə Hüseynova məlumat verib.
Qeyd edək ki, balaca çempion Bakı şəhərində 2013-cü ildə anadan olub. Ailəsi ilə 2017-ci ildən Birləşmiş Ərəb Əmirliklərində yaşayır. 2018-ci ildən Ciu-Citsu idman növü ilə məşğul olur. Dəfələrlə BƏƏ-də və Azərbaycanda beynəlxalq yarışlarda uğurla iştirak edib, çox saylı medallarla təltif olunub.